O yenidən zirvədə!

Çex Respublikasının paytaxtında keçirilmiş Avropa çempionatının dolayı dünya reytinqi açıqlanıb. Allsport.az saytı xəbər verir ki, bu yarışda fərqlənən cüdoçularımız irəliləyiblər.

Praqada bürünc medal qazanan Rüstəm Orucov (73 kq) xal hesabını 6575-ə çatdırıb, 1 pillə önə çıxaraq zirvəsinə yüksəlib. Yalnız finalda yenilən İrina Kindzerska (+78 kq) da 1 addım irəli, 5464 xalla 4-cü olub.

Avropa 3-cüsü Məmmədəli Mehdiyev (90 kq) 5-ci yerdə qalıb – 4309 xal. Fəxri kürsüyə çıxa bilməyən Elmar Qasımovun (100 kq) da mövqeyi dəyişməyib. O, 3994 xalla 10-cudur.

Digər kimono ustalarımızdan Hidayət Heydərov (73 kq) 3346 xalla 11-ci, sözü gedən yarışda fərqlənən Zelim Kotsoyev (100 kq) nədənsə 1 pillə geriləyərək, 3267 xalla 13-cü olub. Son Avropa çempionu Orxan Səfərov (66 kq) 6 addım sıçrayışla, 2276 xalla 16-cı sırada yer alıb. 2 mövqe itirən Uşanqi Kokauri (+100 kq) 2518 xalla 19-cudur.
 

Həmin kateqoriyadan