- Baxış sayı: 586
- 07 May 2026 16:16
- Baxış sayı: 165
- May 08, 2026
- 0

17-18 fevralda Avstriyanın Obervart şəhərində açıq Avropa kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 40 ölkədən 323 cüdoçu iştirak edəcək.
Ölkəmizi bu sınaqda Mehman Sadiqov, Tofiq Məmmədov, Kəramət Hüseynov, Sadiq Məhərrəmov (hamısı – 60 kq), İlkin Babazadə (66 kq), Telman Vəliyev, Paşa Əliyev (hər ikisi – 73 kq), Afiq Səfərli, Coşqun Abdullayev (81 kq), Məmmədəli Mehdiyev, Tural Safquliyev, Firudin Dadaşov, Qurban Qurbanov (90 kq), Adil Kərimli, Zəlim Kotsoyev (100 kq), Şahin Qəhrəmanov və Uşanqi Kokauri (+100 kq) təmsil edəcəklər.