- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Cüdo federasiyasının dəstəyi ilə bölgə birincilikləri davam edir. Allsport.az saytı xəbər verir ki, Oğuzda təşkil olunan region birinciliyində 2002-2004-cü il təvəllüdlülər arasında qaliblər müəyyənləşib:
Babarahim Mirzəyev (46 kq), İlham Xankişiyev (55 kq), Məhərrəm Mehdiyev (60 kq), Murad Bəşirov (66 kq), Naməddin Yunisov (73 kq) və Rəsul Ağamalıyev (81 kq).
Şimal bölgəsi üzrə yarışın mükafatçılarına ACF-in diplomları, medalları və hədiyyələr təqdim olunub.