- Baxış sayı: 52
- 10 Noyabr 2026 23:45
- Baxış sayı: 341
- Noyabr 09, 2026
- 0

İdman gimnastikası üzrə olimpiya çempionu Angelina Melnikova ayağından aldığı zədədən sonra məşqlərini bərpa edib. Allsport.az saytı xəbər verir ki, bunu Rusiya millisinin baş məşqçisi Valentina Rodionenko bildirib: “Angelina milli komandanın Kruqloye gölündəki düşərgəsinə gəlib və ilk məşqini keçirib”.
O, iyulun 31-də Novosibirskdə keçirilən Rusiya kubokunda döşəmə məşqlərindən əvvəl isinmə hərəkətləri zamanı zədələnib. Gimnastda qastroknemius əzələsinin baş hissəsinin qopması diaqnozu qoyulub və ona gips taxılıb.