Olimpiya festivalında ölkəmizi hansı cüdoçular təmsil edəcək?

Yeniyetmələrin Avropa olimpiya festivalında 12 cüdomuz çıxış edəcək. Allsport.az saytı xəbər verir ki, həm oğlanlar, həm də qızlardan ibarət cüdo millimiz 4 gün ərzində medal uğrunda mübarizə aparacaqlar. Tədbirdə bu idman növündə rəqabətə iyulun 24-də start veriləcək. 3 gün baş tutacaq fərdi mübarizələrdən sonra iyulun 27-də qarışıq komanda yarışı keçiriləcək.

Ölkəmiz bu mötəbər Gülşən Bəşirova (44 kq), Səbinə Əliyeva (48 kq), Aytac Qardaşxanlı (57 kq), Nərmin Əmirli (70 kq), İsmayıl Qənbərli (50 kq), Şükran Zamanlı (55 kq), Turan Bayramov (60kq), Mətin Rzazadə (66 kq), Vüqar Talıbov (73 kq), Məhərrəm İmamverdiyev (81 kq), Ruslan Nəsirli (90 kq), Huseyn Məmmədov (+90 kq) təmsil edəcəklər.

Həmin kateqoriyadan