Olimpiya oyunlarının vətənindən 2 qızıl və 2 gümüşlə

Afinada gənc cüdoçuların Avropa kubokunda millimiz 4 medal qazanıb. Allsport.az saytı xəbər verir ki, Məhərrəm İmamverdiyev (81 kq) və Kənan Nəsibov (+100 kq) bütün tutaşmaları qələbə ilə bitiriblər.

Hüseyn Məmmədov (+100 kq) və Ruslan Nəsirli (100 kq) gümüş medala sahib çıxıblar.

Bu nəticə ilə məşqçi Elxan MəmmədovRüstəm Alimlinin rəhbərlik etdiyi Azərbaycan seçməsi ümumi komanda hesabında İsrail və Türkiyədən sonra 3-cü, medal əyarında 2-ci olub.

Həmin kateqoriyadan