“Olimpiya”nın Azərbaycan çempionatında ilk qələbəsi

“Olimpiya”nın Azərbaycan çempionatında ilk qələbəsi

Bu gün qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyun keçirilib. Allsport.az saytı xəbər verir ki, Tiflisdə oynanılan görüşdə “Olimpiya” Bakının “İdman Akademiyası”nı 31:26 üstələyib. Bu, Gürcüstan təmsilçisinin çempionatda ilk qələbəsidir.

Komandalar arasında qonşu paytaxtda təşkil olunan ilk qarşılaşmada 24:24 hesablı nəticə qeydə alınıb. Azərbaycan çempionatında mübarizə aparan “Olimpiya” razılaşmaya əsasən, 20 oyundan 10-nu Bakıda, qalanlarını öz yerində keçirəcək.

Həmin kateqoriyadan