Ölkə başçısı De Byazinin millimizə təyinatından yazdı

Albaniya prezidenti İlir Meta italiyalı mütəxəssis Canni De Byazinin Azərbaycan millisinə baş məşqçi təyin olunmasından yazıb. Allsport.az xəbər verir ki,  o, sosial hesabında 64 yaşlı çalışdırıcıya uğurlar arzu edib:

“Canni De Byazinin sayəsində Azərbaycanla yeni əlaqələrimiz olacaq. Bu təyinata görə sevindim və ona çoxlu uğur arzulamaqdan məmnumam. Bizim üçün dəyərli olan De Byazini heç vaxt unutmarıq”.

De Byazi 2011 – 2017-ci illərdə Albaniya yığmasına başçılıq edib. O, 2016-cı ildə bu komandanı tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxarıb.

Həmin kateqoriyadan