Ölkə birinciliyi Hövsanda

24-27 yanvar tarixlərində cüdo üzrə 18 yaşa qədər yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək. Allsport.az xəbər verir ki, yarışda 600-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Birinciliyin fərdi yarışları 24-26 yanvarda, komanda yarışları isə 27 yanvarda baş tutacaq. Yarış hər gün saat 10:00-da başlayacaq. Fərdi yarışların final görüşləri saat 17:00-da, komanda yarışlarının final görüşləri isə saat 16:00-da keçiriləcək.

Yarışlar Hövsanda FHN-in idman sağlamlıq mərkəzində keçiriləcək. Birincliyi izləmək üçün arenaya giriş sərbəstdir.

Həmin kateqoriyadan