Ölkə çempionatı bu tarixdə

Gənclər və idman nazirliyinin, Azərbaycan cüdo federasiyasının birgə təşkilatçılığı ilə qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək.

Allsport.az xəbər verir ki, dekabrın 15-də startı veriləcək yarış Hövsan qəsəbəsində yerləşən fövqəladə hallar nazirliyinin (FHN) idman-sağlamlıq mərkəzində baş tutacaq.

Çempionatda qadınlar və kişilər arasında ümumilikdə 14 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Ölkənin müxtəlif regionlarından, həmçinin Sumqayıt və Bakıdan 65 müxtəlif klub, cəmiyyət, eləcə də idman təşkilatından olan 351 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Qadınlar 48, 52, 57, 63, 70, 78 və +78 kq, kişilər isə 60, 66, 73, 81, 90, 100 və +100 kq çəki dərəcələrində qüvvələrini sınayacaqlar.

Ölkə çempionatına dekabrın 17-də yekun vurulacaq.

Həmin kateqoriyadan