Ölkə çempionatı yekunlaşdı

Bu gün qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatına yekun vurulub.

Allsport.az xəbər verir ki, turnirdə 6 çəkidə qaliblər müəyyənləşib.

Qadınların yarışında Elmira Mustafayeva (57 kq), Fidan Tarverdiyeva (78 kq) və Nigar Süleymanova (+78) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

Kişilərin yarışında isə Rəşid Məmmədəliyev 73 kq, Hüseyn Dadaşov (100 kq), Camal Qamzatxanov (+100 kq) Azərbaycan çempionu tituluna yiyələniblər.

Qeyd edək ki, həm qadınıar, həm kişilər arasında çempionat 7 çəki növü üzrə keçirilib.

Həmin kateqoriyadan