Ölkə çempionatında ən güclü cüdoçular məlum olub

Bakı İdman Sarayında cüdoçular arasında Azərbaycan çempionatı keçirildi. Allsport.az saytı xəbər verir ki, yarışda 55 klubdan 497 kimoni ustası mübarizə aparırdı.

3 gün davam edən gərgin tutaşmalarda kişilərdə qalib adını Vüqar Şirinli (60 kq), Tərlan Kərimov (66 kq), Kənan Quluzadə (73 kq), Fəqan Quluzadə (81 kq), Əbdülhəqq Rəsullu (90 kq), Adil Kərimli (100 kq) və Şahin Qəhrəmanov (+100 kq) qazandılar.

Qadınlarda Leyla Əliyeva (48 kq), Buyankhishig Purevsuren (52 kq), Ülviyyə Rəhimli (57 kq), İrina Jukovets (63 kq), Günel Həsənli (70 kq) və Nuranə Muradova (78 kq) və Gözəl Zutova (+78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar.

Veteranlarda M1-M2-də Vüqar Babayev (66 kq), Zülfüqar Hüseynov (73 kq), Samir İsmayılov (81 kq), Hikmət Cəbiyev (90 kq), Rafael Şahverdiyev (100 kq) və Rafael Şahverdiyev (+100 kq);

M3-M4-də Babək Hacıyev (60 kq), Fariz Mehdiyev (73 kq), Rüfət İsmayılov (81 kq), Mahir Ağamirzəyev (90 kq), Emil Hüseynov(100 kq) və Tağı Tağızadə (+100 kq);

M5-M6-da Maqsud Matanov (73 kq), Elçin İsmayılov (81 kq), Ramiz Məmmədov (100 kq) və Yamən Fətiyev (+100 kq);

M7-M8-də Nazim Təhməzov (60 kq), Bəxtiyar Məmmədov (66 kq), Hikmət Əhmədov (90 kq), Arif Qasımov  (100 kq) və Hafiz Hacıyev (+100 kq) 1-ci yer tutublar.

Həmin kateqoriyadan