Ölkə çempionatında 2 “Zirvə”çi də fərqləndi

“Sərhədçi” Olimpiya İdman Kompleksində usta cüdocular arasında ölkə çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, 4 gün davam edəcək yarışda “Zirvə”nin üzvləri də çıxış ediblər. Artıq onlardan ikisi medala sahib çıxıblar.

Qadınların mübarizəsində Fəridə Qurbanova (70 kq) bürünc medal qazanıb. 78 kq-da daha yaxşı nəticə qeydə alınıb. Bu çəkidə finala qədərə irəliləyən Günel Həsənli, həlledici qarşılaşmanı da qalib başa vurub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Hər iki idmançı məşqçilər heyətinin diqqətini cəlb edib və onlar millinin düşərgəsinə dəvət olunublar. Bu cüdoçular “İsmayıllı-Zirvə” Klubunun üzvüdür və əməkdar məşqçi Əkbər Şəfəqətovun tələbələridirlər.

Həmin kateqoriyadan