Onur beynəlxalq təlim-məşqdə

İstedadlı stolüstü tennisçi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışına qatılacaq. Allsport.az saytı xəbər verir ki, o, seçmənin baş məşqçisi Mixail Timofeyevin müşaiyəti ilə bu dəfə Avstriyanın Lints şəhərinə yollanıb.

İdmançımız fevralın 11-dən 19-dək sözügedən ölkənin U-13 seçmə komandası ilə birgə məşq edəcək. Benjamin Girlingerin adını daşıyan düşərgədə təşkil olunan məşqlər qitənin ən yaxşı mütəxəssislərindən biri sayılan Liu Yan Jun tərəfindən aparılır.

Səfərin məqsədi uğurlu gələcək vəd edən idmançının ustalıq səviyyəsinin artırılmasıdır.

Həmin kateqoriyadan