Orxan Abbasov Avropa həndbol federasiyasının konqresinə qatılacaq

Yanvarın 22-də İsveçdə Avropa həndbol federasiyasının 15-ci konfransı və 37-ci konqresi öz işinə başlayacaq. Allsport.az xəbər verir ki, Stokholmda təşkil olunacaq tədbirlərin gündəliyində duran əsas mövzular illik hesabat və maliyyə hesabatlarıdır.

Bununla yanaşı iştirakçılar digər cari məsələləri də müzakirə edəcəklər. Ölkəmiz qitənin ali həndbol qurumunun tədbirlərində AHF-in vitse-prezidenti Orxan Abbasovla təmsil olunacaq. Rəsmi nümayəndələr səfər çərçivəsində kişi həndbolçuların Avropa çempionatının final görüşünü də izləyəcəklər.

Həmin kateqoriyadan