Orxan Abbasov: Ölkə çempionatının səviyyəsi yetərincə artıb

Bu gün “ABU arena”da həndbol üzrə 25-ci ölkə çempionatı start götürdü. Allsport.az saytı xəbər verir ki, uzun aradan sonra daxili yarış böyük maraqla izləndi. Müstəqil dönəmdə də əl topu Azərbaycanda məşhur olsa da, son dövrdə keçmiş qüdrətini itirmişdi. Ötən il AHF-də baş verən məlum dəyişiklik həndbolda növbəti oyanışa səbəb oldu.

Bu gün həmçinin, yubiley çempionatının rəsmi açılışı oldu. Tədbirin gedişində federasiyanın vitse-prezidenti Orxan Abbasov açıqlama verdi. Dövlət rəsmisinin sözünə görə, ötən illərə nisbətən komandaların sayının artması həndbol həvəskarlarını bu idman növünə marağını artırıb:

“Hamı ölkə çempionatının başlamasını gözləyirdi. İdman ictimaiyətinə bəllidir ki, bu mövsüm qadınlarda klublarımızın sayı çoxalıb, heyətlər legionçularla güclənib, rəqabər və gərginlik birə beş artıb. Mütəxəssislər daxili rəqabətdə gözlənilməz nəticələrin qeydə alınacağını ehtimal edirlər.

Ümumən, ilə yaxşı başlamışıq. Qadın millimiz tarixində ilk dəfə qatıldığı İslam oyunlarında 1-ci yerə çıxdı. Uzun aradan sonra Azərbaycan EHF kubokunda mübarizəyə başladı, “Nur klubu” ilk mərhələdə İsveç komandasına qalib gəldi. Federasiyamız zamanla həndbolun inkişafı üçün hər işi görəcək”.

Həmin kateqoriyadan