Orxan Səfərovdan “Böyük dəbilqə”də gümüş medal və 700 xal

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdoçuların “Böyük dəbilqə”sinə start verilib. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günü millimiz üçün uğurlu olub.

66 kq-da Orxan Səfərov müvafiq olaraq Almaniya, İsrail, Rusiya, Qazaxıstan və Kuba idmançılarına qalib gələrək finala çıxıb. Həlledici tutaşmada o, italiyalı Manuel Lombardoya uduzaraq 2-ci yerlə kifayətlənib.

Qadınlarda Aleksandra-Larisa Florian (57 kq) bürün medal qazanmaq fürsətini fötvə verib. Gigər təmsilçilərimizdən Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi – 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Davud Məmmədsoy, Kəramət Hüseynov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) mükafata yiyələnə bilməyiblər. 

Qeyd edək ki, “Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlar.

Həmin kateqoriyadan