Orxan Səfərov: “Medala görə sevinirəm, amma çıxışımdan razı deyiləm”

Cənubi Koreyanın Jeju şəhərində keçirilən cüdo üzrə Qran-Pri yarışının birinci günü Orxan Səfərov üçün uğurlu olub. Allsport.az xəbər verir ki, cüdoçumuz mötəbər yarışın bürünc medalına sahib çıxıb. Səfərov yarışdan sonra turnirlə bağlı fikirlərini bildirib:

“Güləşməyim məni qane etmədi, amma yenə də qazandığım medala görə sevinirəm. Zədədən sonra medal uğrunda mübarizə aparmaq çox çətindir. Hələ də tam ideal formada deyiləm. Hamı bilir ki, 5 ay zədədən sonra qayıtmaq, güləşmək və medal qazanmaq çox çətindir. Amma bunu bacara bildim.

İlqar Muşkiyevlə görüşümüz çox gərgin keçdi. Məncə, bu, bizim üçün yaxşı amildir ki, 60 kq çəkidə iki güclü idmançımız var. Bu da hər ikimizə daha yaxşı nəticələr göstərməyə stimul verir.

Zədədən sonra ilk təlim-məşq toplanışıma qatılacağam. İnşallah, bu toplanışı zədəsiz başa vurarıq. Məşqlərimiz yaxşı keçir. Məşqlərimiz yaxşı keçir, Monqolustandan sonra inşallah yarışlarda daha da yaxşı çıxış edəcəyik”.

Həmin kateqoriyadan