Orxan Səfərov və Nicat Şıxəlizadə “Hamburq”un heyətində Bundesliqa çempionu olublar

Azərbaycan cüdoçuları Nicat Şıxəlizadə və Orxan Səfərov Almaniya çempionatının qalibi olublar. Allsport.az saytı xəbər verir ki, hər 2 milli üzvü Almaniyanın “Hamburq” klubunun heyətində keçirdikləri bütün görüşlərdə qələbə qazanaraq Bundesliqa çempionuluğunu yaşayıblar

Klublararası birinciliyin finalında “Hamburq” Münhenin “Qrossadern” klubunu 7:6 hesabı ilə məğlub edib. Hər iki cüdoçumuz həlledici qarşılaşmalarını da qalib başa vurublar.

Qeyd edək ki, Bundesliqa kubokuna sahib olan Orxan Səfərov 60 kq, Nicat Şıxəlizadə isə 66 kq çəki dərəcəsində mübarizə aparıb.

Həmin kateqoriyadan