“Oyun Azərbaycan yığmasının üstünlüyü ilə keçdi və layiqli qələbə qazandı”

Allsport.az xəbər verir ki, Avro-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına 0:3 hesabı ilə uduzan İsveçin baş məşqçisi Yanne Andersson oyun haqda öz fikirlərini bölüşüb:

“Oyun Azərbaycan yığmasının üstünlüyü ilə keçdi və layiqli qələbə qazandı. Azərbaycan yığmasında yaxşı oyunçular çoxdur. Rəqib erkən qollar vurdu. Bundan sonra oyunun sonuna kimi vəziyyəti öz xeyrimizə dəyişmək çox çətin idi. Azərbaycan futbolçularını qələbə münasibətilə təbrik edirəm”.

Həmin kateqoriyadan