- Baxış sayı: 35
- 02 Noyabr 2026 17:56
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Bakıda təlim-məşq toplanışında olan U-20 millisi hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
Allsport.az saytı xəbər verir ki, Bakı olimpiya stadionunun ehtiyat meydançasında Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə görüş 3:2 xeyrimizə başa çatıb.
Bizdən hər üç qolu, biri penaltidən olmaqla, Camal Cəfərov vurub. Bu komandalar arasında növbəti oyun iyunun 7-də keçiriləcək.