- Baxış sayı: 98
- 15 Aprel 2024 14:25
- Baxış sayı: 54
- Aprel 17, 2024
- 0
3-5 martda Özbəkistanın paytaxtı Daşkənddə “Böyük dəbilqə” turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 3 gün davam edəcək turnirdə 51 ölkədən 372 idmançı iştirak edəcək. Azərbaycan millisi böyük məşqçilər – Mövlud Mirəliyev və Mehman Əzizovun rəhbərliyi ilə 3 çəkidə 6 cüdoçu ilə təmsil olunacaq.
Bunlar Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi – 60 kq), Kamran Süleymanov, Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev və Rəşid Məmmədəliyevdir (73 kq).
“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanacaqlar.