“Pələng” reqbi üzrə açıq paytaxt turnirində 3-cü yer tutub

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Əməkdar bədən tərbiyəsi və idman xadimi Məhbub Səadətxanın xatirəsinə reqbi üzrə açıq paytaxt turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda Bakıda xarici vətəndaşların TİSA, “Pələng”, “Qarabağ” və 132-134 saylı Təhsil Kompleksinin komandaları, eləsə də Gürcüstanın “Tsikara” və Rusiyanın “Sokol” klubları mübarizə aparıblar.

Turnirin açılışında BŞGİBİ-nin rəisi Raqif Abbasov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Nüvər Xasıyev və qonaq komandalarının nümayəndə heyətinin rəhbərləri iştirak ediblər. Yekunda, “Tsikara” yarışın qalibi olub. “Sokol” 2-ci, “Pələng” komandası 3-cü yeri tutublar. Mükafatçılara baş idarə tərəfindən kubok, diplom və hədiyyələr təqdim edilib.

Həmin kateqoriyadan