Paracüdoçularımızın qran-pri hazırlığı

Milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov və baş katib Kamal Məmmədov qadın cüdoçulardan ibarət komandamızın təlim-məşq toplanışı ilə tanışlıq məqsədilə millinin üzvləri ilə görüşüblər. Allsport.az xəbər verir ki, komandanın baş məşqçisi Ramin İbrahimov idmançıların fiziki və psixoloji hazırlığı barədə komitə rəhbərliyinə məlumat verib.

Komitənin rəsmiləri idmançılara yarışlarda uğurlar arzulayıblar.

Təlim-məşq toplanışı olimpiyaçı cüdoçular ilə birgə keçirilir. Toplanış aprelin 8–13-də Böyük Britaniyada baş tutacaq qran-priyə hazırlıq xarakteri daşıyır.

Həmin kateqoriyadan