Paralimpiya komitəsində Tokio oyunlarına hazırlıq tədbiri

Milli paralimpiya komitəsində iclas keçirilmişdir. Allsport.az xəbər verir ki, qurumun prezidenti İlqar Rəhimov paralimpiya oyunlarında təmsil olunmaları ehtimal olunan idman növləri üzrə baş məşqşiləri ilə görüş keçirmişdir.

Görüşdə Tokio yay paralimpiya oyunlarına hazırlıqla əlaqədar komitənin 2020-ci il üçün strateji fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə görüləcək işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib.

Toplantıda MPK-nin vitse prezidenti İlham Zəkiyev və baş katib Kamal Məmmədov da iştirak ediblər. İdmançılarımız bu günə qədər Tokio-2020-yə 7 lisenziya qazanıblar.

Həmin kateqoriyadan