Paralimpiya komitəsində “Valideyn klubu”

Milli paralimpiya komitəsində uşaq paralimpiyaçıları ilə əlaqələrin möhkəmləndirilməsi, daha çox idmançı cəlb etmək və bu hərəkatda valideynlərin daha yaxından iştirak etməsini təmin etmək məqsədilə addım atılıb. Allsport.az xəbər verir ki, qurum valideynlərdən ibarət “Valideyn klubu”nun yaradılmasına qərar verib.

Bu məqsədlə valideynlərin iştirakı ilə sosial şəbəkədə videokonfrans keçirilib. Qurum prezidenti İlqar Rəhimov valideynlərin uşaq paralimpiya hərəkatının inkişafında daha yaxından iştirak etmələrini vacib olduğunu vurğulayıb.

Milli paralimpiya komitəsinin əməkdaşı Ülkər Əlizadə klubun koordinatoru təyin edilib.

Həmin kateqoriyadan