Paralimpiya komitəsində yeni strategiya hazırlanır

Paralimpiya komitəsində yeni strategiya hazırlanır

Paralimpiya komitəsində beynəlxalq əlaqələrin yeni strategiyası hazırlanır. Allsport.az xəbər verir ki, iclasda beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı 2020-ci il üçün hazırlanmış işlərin yol xəritəsinin təqdimatını etmişdir. Hacılı ötən dövr ərzində beynəlxalq əlaqələr sahəsində görülmüş işlər barəsində ətrəflı məlumat verib, 2020- ci ildə görülməsi nəzərdə tutulan işləri təqdim edib.

İlqar Rəhimov 2020-nin növbəti paralimpiya oyunları ili olduğunu qeyd edib və beynəlxalq əlaqələri bu yarışlara hazırlığın vacib tərkib hissəsi kimi vurğulayıb. İclasda MPK-nın baş katibi Kamal Məmmədov da iştirak edib.

Həmin kateqoriyadan