Paralimpiyaçılarımızın rəhbəri müəyyənləşdi

2020 Tokio paralimpiya oyunlarında azərbaycanlı idmançıların nümayəndə heyətinin rəhbəri müəyyənləşib. Allsport.az xəbər verir ki, komitənin idman şöbəsinin müdiri Rauf Mürsəlov bu vəzifəyə təyin edilmişdir.

Rauf Mürsəlov 2011-ci ildən milli paralimpiya komitəsində İdman şöbəsində fəaliyyətə başlayıb. O, hazırda komitənin idman şöbəsinin müdiridir. Rauf Mürsəlov 2012 və 2016 yay paralimpiya oyunlarında nümayəndə heyətinin üzvü və dünya və Avropa çempionatlarında komanda rəhbəri olmuşdur.

Tokio 2020-də Azərbaycanın 7 idman növü üzrə 32 atletlə təmsil olunacağı proqnozlaşdırılır.

Həmin kateqoriyadan