Paralimpiya komitəsinin yeni tərəfdaşı

“Unibank” 11-12 may tarixlərində Bakıda keçiriləсək para cüdo üzrə “IBSA Judo Grand Prix Baku 2020” tədbirinin əsas tərəfdaşlarından biridir. Allsport.az xəbər verir ki, bu məqsədlə milli paralimpiya komitəsi ilə “Unibank” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Qurumun prezidenti İlqar Rəhimov bildirib ki, “Unibank” paralimpiya komitəsinin ən yaxın dəstəkçilərindəndir.

Mayda Bakıda keçiriləcək para cüdo üzrə “IBSA Judo Grand Prix Baku 2020” yarışına 40-dan çox ölkədən 400-ə yaxın idmançı və nümayəndənin qatılacağı gözlənilir. Bu yarışdan sonra Tokio 2020 yay paralimpiya oyunlarında cüdo idman növü üzrə iştirak edəcək idmançıların adları açıqlanacaq.

Həmin kateqoriyadan