Paralimpiyaçı uşaqların valideyinləri ilə görüş

Milli paralimpiya komitəsinin rəhbərliyi paralimpiyaçıların valideyinləri ilə görüşüb.

Allsport.az xəbər verir ki, görüş “HYATT Regency Baku” otelində baş tutub.

Tədbiri açan MPK prezidenti İlqar Rəhimov sağlamlıq imkanları məhdud uşaqların paralimpiya hərəkatı vasitəsi ilə cəmiyyətə inteqrasiyasından söz açıb:

“Bu sahədə bizə ilk dəstək göstərən UNİCEF Azərbaycan təşkilatı oldu. Bu təşkilatın yardımı ilə Uşaq Paralimpiya Komitəsi təşkil edildi. Bundan sonra UNİCEF və “Azercell” şirlətinin dəstəyi ilə ilk uşaq paralimpiya oyunları keçirildi. Bu ay biz artıq sayca beşinci olan uşaq paralimpiya oyunlarını keçirməyə müvəffəq olmuşuq. Bundan sonra oyunların beynəlxalq səviyyəyə çıxması istiqamətində işlər aparacağıq”.

Daha sonra paralimpiyaçı uşaqların valideyinlərinə “Hünərin gücü” adlı film nümayiş etdirilib.

Həmin kateqoriyadan