- Baxış sayı: 144
- 12 Noyabr 2026 16:43
- Baxış sayı: 381
- Noyabr 09, 2026
- 0

Milli paralimpiya komitəsinin kamandan oxatma üzrə yığması Göygöl olimpiya idman kompleksində təlim-məşq toplanışında iştirak edir.
Allsport.az xəbər verir ki, hazırlıq prosesində baş məşqçi İlqar Abbasovun rəhbərliyi altında 8 idmançı iştirak edir.
Təlim-məşq toplanışı fevralın 16–22-də Dubayda keçiriləcək 6-cı Fazza dünya reytinq turnirinə hazırlıq məqsədi daşıyır.