Paralimpiyaçılarımız ili 17 qızıl, 23 gümüş, 25 bürünc medalla başa vurdu

Milli paralimpiya komitəsi 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirib.

Allsport.az xəbər verir ki, qurum prezidenti İlqar Rəhimov 2019-cu ilin məhsuldar olduğunu qeyd edib. O, il ərzində ən fəal məşqçilərin, idmançıların və digər əməkdaşların da seçildiyini bildirib.

Baş katib Kamal Məmmədov öz çıxışında komitəyə il ərzində daxil olan və xərclənən vəsaitlər barədə məlumat verib. Onun sözlərinə görə, 2019-cu ildə komitəyə 6 mənbədən 2 milyon 291 min manat vəsait daxil olub.

Kamal Məmmədov qeyd edib ki, 2019-cu il ərzində paraolimpiyaçılarımız beynəlxalq yarışlarda 17 qızıl, 23 gümüş və 25 bürünc olmaqla ümumilikdə 65 medal qazanıblar.

Həmin kateqoriyadan