Paralimpiyaçıların bu ilki təqvimi

Paralimpiyaçılarımızın 2023-cü ildə iştirak edəcəkləri mühüm yarışlar məlum olub. Allsport.az xəbər verir ki, komitənin təqvim planına əsasən, paralimpiyaçılar bu il ərzində 8 dünya çempionatı və dünya oyunlarında iştirak edəcəklər.

İdmançılarımız iyulun 8-17-də Parisdə atletika, oktyabrın 2-8-də İtaliyanın Terni şəhərində əlil arabasında qılıncoynatma, sentyabrın 17-29-da Perunun Lima şəhərində güllə atıcılığı, iyulun 13-23-də Çex Respublikasının Plzen şəhərində kamandan oxatma, avqustun 19-31-də Dubayda pauerliftinq, avqustun 6-14-də Böyük Britaniyada para-velosiped, iyulun 27–dən avqustun 6-dək Mançester şəhərində üzgüçülük üzrə, eləcə də para-taekvondo üzrə dünya çempionatlarında, həmçinin avqustun 18-27-də Birmingem şəhərində IBSA dünya oyunlarında təmsil olunacaqlar.

Dünya çempionatları ilə yanaşı, 2023-cü ildə paralimpiyaçılar 7 Avropa çempionatı və qitə oyunları, 51 dünya kuboku və qran-pridə iştirak edəcəklər.

Eyni zamanda, qeyd edək ki, milli paralimpiya komitəsinin təqvim planına əsasən bu ilin sentyabrında Bakıda para-cüdo üzrə 3-cü qran-prinin keçirilməsi nəzərdə tutulur.

Həmin kateqoriyadan