Paraqolbolçularımız Dərbəndə yollanacaq

Milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov Dərbənddə təlim-məşq toplanışında iştirak edəcək qolbol üzrə idmançı və məşqçilərlə görüşüb.

Allsport.az verir ki, komitənin prezidenti qolbol idman növünə marağın artdığını, paralimpiyaçıların mövcud idman qurğularından səmərəli istifadəsi üçün zəruri şəraitin yaradılmasını, istedadlı idmançıların aşkar edilməsini diqqət mərkəzində saxladığını bildirib.

Komandanın baş məşqçisi Zahir Abdullayev idmançıların hazırkı vəziyyəti ilə bağlı komitə rəhbərliyinə məlumat verib və 2024-cü ildə Parisdə keçiriləcək paralimpiya oyunlarında komandamızın iştirak etməsinin əsas məqsəd olduğunu bildirib.

Həmin kateqoriyadan