Paris “Böyük dəbilqə”sinə böyük heyətlə

Fevralın 9-da Parisdə “Böyük dəbilqə”yə start veriləcək. Allsport.az saytı xəbər verir ki, 100 ölkədən 625 cüdoçunun (369 kişi, 256 qadın) mübarizə aparacağı yarışda millimiz böyük heyətlə çıxış edəcək.

Kişilərdə Rəşad Yelkiyev, Tofiq Məmmədov (60 kq), Orxan Səfərov və Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov, Rüfət Məmmədov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (90 kq), Elmar Qasımov, Zelim Kotsiyev (100 kq), Şahin Qəhrəmanov, Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar.

Qadın idmançılardan isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Buyankşiq Purevsuren (52 kq), İçinkorlo Munxtsedev (57 kq) və İrina Kindzerska (+78 kq) qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, “Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanacaqlar.

Həmin kateqoriyadan