- Baxış sayı: 92
- 19 İyun 2026 01:15
- Baxış sayı: 80
- İyun 18, 2026
- 0

Pekin-2022 qış olimpiya oyunlarında kişi fiqurlu konkisürənlərin qısa proqramının püşkü atılıb.
Allsport.az saytı xəbər verir ki, təmsilçimiz Vladimir Litvintsev fevralın 8-də Bakı vaxtı ilə saat 5:22-də buz üzərinə çıxacaq. Qısa proqramda 30 idmançı 5 qrupda buz üzərinə çıxacaq.
O, ən zəiflərin yer aldığı 1-ci “altılıq”da bacarığını göstərəcək. Bu qrupda Kanada, İsveç, İsveçrə, Estoniya və Çin idmançıları yer alıblar.
Kişi fiqurlu konkisürənlərin sərbəst proqramı fevralın 10-da baş tutacaq.