“ Penaltilər seriyasına bu qədər hazırlaşdıqdan sonra məğlub olmaq çox ağırdır”

Allsport.az saytı xəbər verir ki, Niderland millisinin kapitanı Vircil van Dayk, dünya çempionatının 1/16 final mərhələsində Mərakeşə qarşı məğlub olduqdan sonra (1:1, penaltilər seriyası – 2:3) müsahibə verib:

“Hazırda səhvlərimizi təhlil etmək çox çətindir. Çox gərgin oyun idi. Düşünürəm ki, müdafiədə yaxşı çıxış etdik. Onlar demək olar ki, xətlər arasında boş oyunçu tapa bilmirdilər. Yəni oyun planımız işləyirdi.

Hesab edirəm ki, yaxşı qol vurduq. Əlavə vaxtda isə rəqib bizi qapımıza sıxdı. Sonra hər şey penaltilərə qədər gəlib çıxdı və təəssüf ki, mübarizəni dayandırdıq.

Bu dünya çempionatında demək olar ki, bütün güclü komandalar da geri çəkilərək pressinq üçün uyğun anı gözləyirdilər. Biz bunun üzərində iki gün ciddi işlədik və bəzi məqamlarda istədiyimiz alındı. Əlbəttə, həmişə daha yaxşı etmək mümkün olan məqamlar var. Amma indi bunun artıq heç bir faydası yoxdur.

Penaltilər seriyasını yaşamaq çox ağırdır. Bunun üzərində bu qədər çalışırsan, amma sonda turnirlə vidalaşırsan.”

Həmin kateqoriyadan