- Baxış sayı: 43
- 19 İyun 2025 12:26
- Baxış sayı: 64
- İyun 23, 2025
- 0
Azərbaycan üzgüçülük federasiyasının (ASF) təşkilatçılığı, gənclər və idman nazirliyi, Azərbaycan triatlon federasiyası və “Triterra” klubunun dəstəyi ilə 8 iyunsa Pirallahı qəsəbəsində “Masters” kateqoriyasında (25 yaşdan yuxarı) açıq suda üzgüçülük üzrə 500 metr məsafədə “Dalğadan güclü” adlı yarış keçirilib.
Turnirdə 25-dən 68 yaşadək 30-dan çox kişi və qadın idmançı mübarizə aparıb. İştirakçılar arasında ASF-in vitse-prezidenti Dəyanət Sədullayev də yer alıb. Kişilər arasında Zaur Arkanya qızıl, Roman Vladıka gümüş, Pyotr Kuvşınov isə bürünc medala layiq görülüb. Qadınlar arasında ilk üçlüyə Yelena Timçenko, Valeriya Mixaylova və Tubu Əbdülzadə yüksəlib.
Qaliblərə ASF tərəfindən medallar, diplomlar və hədiyyələr təqdim edilib. Məsafəni uğurla qət edən bütün idmançılar isə simvolik medallar və iştirak sertifikatlarıyla təltif edilib.