Portuqaliyada qran-prisində ehtiyat qüvvəyə fürsət

28-30 yanvarda Portuqaliyanın Odivelas şəhərində qran-pri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 14 cüdoçumuzun iştirakı planlaşdırılıb.

Bunlar Balabəy Ağayev, Rövşən Əliyev (60 kq), Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (73 kq), Elcan Hacıyev, Zelim Tçkayev (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq), İmran Yusifov, Uşangi Kokauri (+100 kq); qadınlarda Aydan Vəliyeva, Şəfəq Həmidova (48 kq) və Səbinə Əliyevadır (52 kq).

Turnirdə 39 ölkədən 300-ə yaxın idmançı iştirakını təsdiqləyib.

Həmin kateqoriyadan