“Problemin dəqiq səbəbini anlamağa çalışırıq”

“Problemin dəqiq səbəbini anlamağa çalışırıq”

“Mersedes”in pilotu Andrea Kimi Antonelli Azərbaycan qran prisinin hər iki sərbəst yürüşündə yaşanan hidravlika problemi barədə danışıb.

Allsport.az xəbər verir ki, italiyalı pilot problemin səbəbinin hələ müəyyənləşdirilmədiyini bildirib:

“Bir qədər qarışıq gün oldu. Üzləşdiyimiz hidravlika problemi hər iki sərbəst yürüşdə trasda kifayət qədər vaxt itirməyimizə səbəb oldu. Problemin dəqiq səbəbini hələ də anlamağa çalışırıq. Komanda araşdırmanı əla apardı və ehtiyat tədbiri olaraq yenidən trasa qayıtmaq, bir neçə çox faydalı dövrə vurmaq üçün güc qurğusunu dəyişdik.

Baş verənlərə baxmayaraq, vura bildiyim dövrələr zamanı boliddə özümü rahat hiss edirdim. Hər imkandan istifadə etməyə və trasda itirdiyimiz vaxtı mümkün qədər kompensasiya etməyə çalışırdıq. Dövrələri itirmək heç vaxt yaxşı deyil, xüsusən də Bakı kimi hər çıxışla inamın artdığı şəhər trasında.

Amma günü ikinci yerdə başa vurmaq geri dönüş üçün yaxşı idi. Bolid gün ərzində özünü yaxşı hiss etdirirdi və həftəsonu ərzində bu nəticəni inkişaf etdirmək üçün gərgin çalışmağa davam edəcəyik”.

Həmin kateqoriyadan