Qəbələdə 2-ci Vətən müharibəsi qəhrəmanının xatirəsinə cüdo yarışı

“Qəbələ” idman klubunun təşkilatçılığı ilə 2-ci Vətən müharibəsi qəhrəmanı Əfqan Abdurahmanovun xatirəsinə ənənəvi cüdo turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, Qəbələ olimpiya kompleksində baş tutan turnirdə 18 komandadan 2010-12-ci il təvəllüdlü 198 cüdoçu 10 çəki dərəcəsində mübarizə aparıb.

İlk dəfə keçirilən və ənənəvi olacaq yarışda Qəbələ ilə yanaşı, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Ucar, Yevlax, Zaqatala və İsmayıllı idmançıları da qüvvəsini sınayıblar. Şəhidin həyat yoldaşı, qızı, anası, digər qohumları və döyüş yoldaşı turnirin fəxri qonaqları sırasında yer alıblar.

Tədbirdə Qəbələ rayon icra hakimiyyətinin nümayəndələri, gənclər və idman idarəsinin və olimpiya mərkəzinin rəhbərliyi iştirak edib.

Həmin kateqoriyadan