“Qəbələ”nin legionçusu Toqo ilə sevinib

“Qəbələ”nin futbolçusu öz millisində növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, Lalavele Atakora Afrika millətlər kubokunun seçmə mərhələsinin 4-cü turunda meydana çıxıb.

O, “D” qrupunda keçirilən Qambiya – Toqo qarşılaşmasında iştirak edib. Start heyətində yer alan yarımmüdafiəçi 90 dəqiqə meydanda olub. Toqo yığması səfər görüşündə vacib 3 xal qazanıb – 1:0.

Bu qələbədən sonra Lalavelenin komandası xal hesabını 5-ə çatdırıb. 3-cü pillədə qərarlaşan toqolular Əlcəzair və Benindən 2 xal geri qalırlar.

Həmin kateqoriyadan