İbrahimin komandası Vüqarlı “Telavi”ni məyus etdi

Gürcüstan erovnuli liqasında 10-cu turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” doğma meydanda Vüqar Bəybalayevin çıxış etdiyi “Telavi”ni 2:1 hesabı ilə məğlub edib.

Adı ilk çəkilən futbolçumuz 58-ci dəqiqədə meydana daxil olub. Digəri start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib.

“Samtrediya” 7 xalla 8-ci, “Telavi” isə 6 xalla 9-cu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan