Qəhrəman cüdoçularımızı Vətəndə coşqu ilə qarşıladılar

Tatarıstan paytaxtı Qazanda keçirilən Avropa çempionatında böyük uğura imza atmış cüdoçularımız Vətənə dönüblər. Allsport.az saytının məlumatına görə, Heydər Əliyev adına Binə Hava Limanında ACF rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş idmançılarımızı böyük coşqu ilə qarşılayıblar.

Millimizin şəninə müxtəlif təzahüratlar səsləndirilib. Xatırladaq ki, Qazanda təşkil olunan qitənin ən güclülərinin yarışında bizdən Rüstəm Orucov (73 kq) qızıl, Orxan Səfərov (60 kq) gümüş medal qazanıb. Komanda mübarizəsində cüdoçularımız tarixdə ilk dəfə bürünc medala sahib olublar.

Həmin kateqoriyadan