- Baxış sayı: 40
- 22 Sentyabr 2026 22:18
- Baxış sayı: 238
- Sentyabr 17, 2026
- 0

Fevralın 16-da Avstriyanın Overvart şəhərində qadın cüdoçuların Avropa kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 35 ölkədən 209 idmançı mübarizə aparacaq.
Rəqabətdə ölkəmizin şərəfini Şəfəq Həmidova (48 kq), Alexandra-Larisa Florian (52 kq), Nuriyyə Axundova (63 kq), Günel Həsənli və Fatma Ruhiyyə Özərdəm (hər ikisi – 70 kq) qoruyacaqlar.
Qeyd edək ki, adı 2-ci və 5-ci çəkilənlər yeni legionçudurlar və bu yarışda millidə debüt edəcəklər.