- Baxış sayı: 38
- 23 İyun 2026 17:10
- Baxış sayı: 122
- İyun 25, 2026
- 0

Bu gün qadın həndbolçuların superliqasında 11-ci turun oyununda çempionatın 2 aparıcı komandası – “Qarabağ” və “Azəryol” qarşılaşdılar. Allsport.az saytı xəbər verir ki, matça Çingiz Əzimovun komandası fəal başladı. İlk 10 dəqiqədə “sarılar” 5:2 önə keçdi.
Amma toparlanan “Azəryol” nəinki hesabı bərabərləşdirdi, hətta 7:6 önə keçdi. Sonra yenə “Qarabağ” təşəbbüsü ələ aldı və 12:8, 13:9 üstün oldu. Təcrübəlilərin vəhdəti fasiləyə də irəlidə yollandı (15:13).
Ancaq 2-ci yarıda “yolçəkənlər” fəallaşdılar. Hissənin ortasında artıq başa-baş mübarizə getdi və cüzi üstünlük Georgi Voronovun komandasında oldu. Sonda “Qarabağ”ın həlledici zərbəsi hesabda tarazlıq yaratdı (24:24)