“Qarabağ” “İdman Akademiyası”nı, “Azəryol” naməğlub “Azərsu”nu üstələdi

Bu gün qadın həndbolçuların superliqasında 4-cü tur başa çatıb. Allsport.az saytı xəbər verir ki, ilk oyunda “Qarabağ”la “İdman Akademiyası” qarşılaşıb. Üstün oynayan ölkə çempionatının gümüş mükafatçıları rəqibini 10 top fərqi ilə udublar – 31:21.

Turun mərkəzi görüşündə “Azəryol” və “Azərsu” komandaları üz-üzə gəldilər. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsi heç-heçə bitdi (13:13). Növbəti yarının ortalarında təşəbbüsü tam ələ alan son vitse-çempion yekunda sevinən tərəf olub – 29:22.

Həmin kateqoriyadan