“Qarabağ” liderliyini möhkəmləndirdi

Qadın həndbolçular arasında ölkə çempionatında 4-cü turun görüşləri keçirilib.

Allsport.az xəbər verir ki, “ABU Arena”da keçirilən oyunlarında əvvəlcə “Azəryol” və “Azərsu” komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi ilə yadda qalan oyun son çempion – “Azəryol”un qələbəsi ilə nəticələnib – 33:28.

Günün digər matçında “Qarabağ” bütün oyunlarda məğlub olan “İdman Akademiyası” komandasına qalib gəlib – 51:27. “Qarabağ” komandası bu qələbə ilə liderliyini möhkəmləndirib. “Qarabağ”ın aktivində 8 xal var. “Azəryol” 6 xalla ikinci, “Azərsu” 2 xalla üçüncüdür. “İdman Akademiyası”nın aktivində xal yoxdur.

Noyabrın 13-də keçiriləcək 5-ci turun oyunlarında “Qarabağ” “Azəryol”la, “Azərsu” isə “İdman Akademiyası” ilə qarşılaşacaq.

Həmin kateqoriyadan