- Baxış sayı: 13
- 11 May 2026 20:30
- Baxış sayı: 83
- May 11, 2026
- 0

Bu gün qadın həndbolçuların superliqasında 16-cı tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, “ABU-arena”da ilk olaraq meydançaya “İdman Akademiyası” və “Gənclərbirliyi” çıxıblar. Autsayderlərin mübarizəsində adı ilk çəkilən kollektiv 28:26 hesabı ilə qalib gəlib.
Günün mərkəzi matçında “Azəryol” ilə “Qarabağ” klubları qarşılaşdılar. Oyuna fəal başlayan Çingiz Əzimovun komandası ilk yarını üstün bitirdi (17:13). Fasilədə vitse-çempion toparlandı və 2-ci yarının əvvəlində qısa müddətdə hesabı bərabərləşdirdi – 18:18, sonra irəli çıxdı (20:19).
“Qarabağ” nə qədər çalışsa da, rəqibi haqlaya bilmədi, yekunda 2 top fərqi ilə uduzdu – 28:30. Xatırladaq ki, turun açılış oyununda “Nur” ilə “Azərsu” klublarının görüşündə qalib müəyyənləşməmişdi (24:24).