“Qarabağ” və “Azəryol” qələbə ilə başladı

Bu gün “ABU-arena”da həndbol üzrə ölkə çempionatı başlayıb. Allsport.az saytı xəbər verir ki, həm kişilərdə, həm də qadınlarda 4 komanda çıxış edir. Bütün klublar paytaxtındır.

Mücadiləyə zəriflərlə start verilib. “Azərsu” ölkə çempionu “Azəryol”a 18:29, “İdman akademiyası” böyük fərqlə “Qarabağ”a yeniliblər (21:35).

Çempionatın təntənəli açılışı ayın 12-də saat 16:00-da olacaq. Mərasimdən sonra kişilərin ilk turunun oyunları keçiriləcək. “Təhsil” ölkə çempionu “Məhsul”la (17:00), “Bakı” U-18 (19:00) ilə qarşılaşacaq.

Həmin kateqoriyadan